Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezidentim!

 

Dostqardaş Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 9-da keçirilən azaddemokratik seçkilərin müvəffəqiyyətlə başa çatması və Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə zati-ailələrinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirmək istəyirəm.

Zati-alilərinin geniş təcrübəsinin və müdrik liderliyinin keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan xalqının inkişafına və rifahına böyük töhfə verəcəyinə, təşkilatımıza üzv ölkələr ilə Azərbaycan Respublikasının köklü dostluğa əsaslanan sarsılmaz əlaqələrinin və mədəniyyət, incəsənət sahəsində həyata keçirilən ortaq fəaliyyətimizin genişlənərək inkişafa davam edəcəyinə olan inamımı bu münasibətlə bir daha vurğulamaq istəyirəm.

Əmin ola bilərsiniz ki, Beynəlxalq TÜRKSOY təşkilatı hər zaman olduğu kimi, bu gündostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ucaldılması, türk dünyası mədəniyyətinin və incəsənətinin tanıdılması və yayılması, üzv ölkələrin dünya mədəniyyətinin inkişafında yer alması istiqamətində göstərilən bütün fəaliyyətlərdə daim Azərbaycan xalqının yanında olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqının rifahı və inkişafı ilə bağlı ən xoş arzularımı çatdırır, ən dərin ehtiramımı qəbul etməyinizi diləyirəm.

 

 

Düsen KASEİNOV,

TÜRKSOY-un baş katibi

Azərbaycan.-2013.-  12 oktyabr.- S. 2.