Prezident İlham Əliyev və mədəniyyət

(2008-2013) ikicildliyi çapdan çıxmışdır

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Şadam ki, bu forum ikinci dəfə Bakıda keçirilir. Yadımdadır, iki il bundan əvvəl birinci forumun keçirilməsi zamanı mən belə bir fikir irəli sürmüşdüm ki, yaxşı olar bu forum ənənəvi olsun...

Əslində bu forumun keçirilməsi "Bakı prosesi"nin təzahürüdür. "Bakı prosesi" 2008-ci ildə başlamışdır. Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulmuşlar. Yəni Bakı, əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir...

Artıq "Bakı prosesi" inkişaf edir əminəm ki, bu forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcəkdir".

Bu sözlər yenicə çapdan çıxmış - "Prezident İlham Əliyev mədəniyyət (2008-2013)" ikicildliyinin birinci cildindən - dövlət başçısının 2013-cü il mayın 30-da Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışından götürülmüşdür.

Nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətlə nəşr olunmuş "Prezident İlham Əliyev mədəniyyət (2008-2013)" ikicildliyi Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə layihəsi əsasında ərsəyə gəlmişdir.

Layihənin rəhbəri mədəniyyət turizm naziri Əbülfəs Qarayevdir.

İkicildlikdə qeyd olunduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin 2008-2013-cü illərdə fəaliyyəti dövründə ölkənin ictimai-siyasi mədəni həyatında köklü dəyişikliklər baş vermiş, böyük yüksəliş nailiyyətlər qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti seçildiyi ilk gündən İlham Əliyev mədəniyyətin inkişafına böyük diqqət qayğı göstərmiş, bu sahənin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri edən etmişdir.

Ümumilikdə 951 səhifədən ibarət olan "Prezident İlham Əliyev mədəniyyət (2008-2013)" ikicildliyində dövlət başçısının son 5 ildəki fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, habelə qanun, fərman sərəncamlar toplanmışdır.

"Prezident İlham Əliyev mədəniyyət (2008-2013)" ikicildliyinin I cildinə Azərbaycan Respublikası Prezidentinin bu illər ərzində ədəbi-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, hörmətini sonsuz qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri digər materiallar daxil edilmişdir. Bu cilddə həmçinin Prezident İlham Əliyevin ölkənin müxtəlif guşələrində mədəniyyət obyektlərinin bünövrəsinin qoyulmasında açılışında iştirakından bəhs edən geniş materiallar əksini tapmışdır.

Nəşrin II cildi isə 623 səhifədən ibarətdir burada Azərbaycan dövlətinin başçısının müvafiq son beş ildə mədəniyyət sahəsi ilə bağlı imzaladığı qanun, fərman sərəncamlar yer almışdır.

"Şərq-Qərb" nəşriyyat evi tərəfindən buraxılmış bu sanballı kitablar Azərbaycanın mədəniyyət tarixini, eləcə respublikamızda mədəniyyət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün zəngin məlumat mənbəyidir.

 

AzərTAc

Azərbaycan.-2013.- 12 oktyabr.- S. 7.