Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

 

Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının

tərkibində İncəsənət Gimnaziyasının şagirdi

 

Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi

Akademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi

 

Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli

Onbirillik Musiqi Məktəbinin şagirdi

 

Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi

Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər LeopoldMstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli

Onbirillik Musiqi Məktəbinin şagirdi

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 15 oktyabr.- S.1.