Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident, əziz dost!

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qalib gəlməyiniz münasibətilə səmimi təbrikimi qəbul edin. Bu, tamamilə layiq olduğunuz tarixi qələbədir. Bu qələbə prezidentliyiniz dövründə Azərbaycanın əldə etdiyi tərəqqinin nəticəsidir. Azərbaycan xalqı buna dəyər verdi, tarix dəyər verəcəkdir. Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən böyük etimad etibardır. Buna isə ölkənizin inkişafı rifahı üçün göstərdiyiniz böyük əzm yorulmaz fəaliyyətiniz səbəb olmuşdur. Bu qələbəniz nəinki Azərbaycanın müstəqilliyi, eləcə postsovet məkanındakı ölkələr üçün mühüm amildir. Azərbaycan xalqı üçün gördüyünüz böyük işlər gürcü xalqı ilə bərabər regionda azadlığı sevən hər bir xalqa ilham qaynağı olmuşdur.

Əminəm ki, Gürcüstan Azərbaycan Respublikası arasında mövcud olan xüsusi strateji tərəfdaşlıq xalqlarımızın rifahı naminə yenə məhsuldar şəkildə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, dərin hörmətimi ifadə edir bir daha gürcü xalqı şəxsən öz adımdan Sizi təbrik edirəm. Ali dövləti vəzifəsində Sizə uğurlar diləyir, qardaş Azərbaycan xalqına xoşbəxtlik rifah arzulayıram.

Hörmətlə,

 

 

Mixeil SAAKAŞVİLİ,

Gürcüstanın Prezidenti

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 3.