Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Yenidən ali dövləti vəzifəyə seçilməyiniz Sizin ölkənin və onun xalqının rifahının daha da inkişaf etdirilməsinə yönəlmiş qətiyyətli kursunuzun qardaş Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinə daha bir sübutdur.

Ürəkdən inanıram ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da daim inkişaf edəcəkdir.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 Bidzina İVANİŞVİLİ,

Gürcüstanın Baş naziri

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 3.