Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

 

Yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Zati-alinizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin işçilərindən və üzv ölkələrin nümayəndələrindən ibarət seçkiləri müşahidə missiyası mahiyyət baxımından mühüm əhəmiyyətə malik olan Ağdam rayonunun işğal altında olmayan və məcburi köçkünlərin yaşadığı müxtəlif kəndlərindəki 46 seçki məntəqəsindən 24-də 3 qrup şəklində müşahidələr apardıq. Həmin rayonu seçməyimizdə ən mühüm amil türk dünyasının məcburi köçkünlərlə həmrəy olduğunu göstərmək idi.

Aparılan müşahidələrimizə əsasən deyə bilərik ki, mütəşəkkil, şəffaf və dinc şəraitdə keçən seçkilərin nəticələri rəhbərliyiniz və liderliyiniz altında hər sahədə əldə edilən uğurların təsdiqi, Azərbaycan xalqının Sizə olan inamının bariz nümunəsidir.

Yenidən Prezident seçilməyiniz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında əlaqələrin daha sürətlə inkişaf etməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlığın gələcək illərdə Sizin səylərinizlə daha da genişlənəcəyinə əmin olduğumu xüsusi vurğulamaq istəyirəm.

Prezident seçkilərində parlaq qələbənizin bütün türk dünyasına xeyirli olmasını arzu edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah diləyirəm.

Dərin hörmətlə,            

 

 

Xəlil AKINCI,

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 3.