Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində qələbəniz münasibətilə Sizi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm.

Yeni müddətə Prezident seçilməyiniz və bu seçkilərdə inamlı qələbəniz təsdiq edir ki, Azərbaycan xalqı Sizin simanızda onu tərəqqiyə aparan və ölkədə həyat şəraitini yaxşılaşdıran Lider görür. Siz beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin tanıdığı demokratik seçkilərlə haqlı olaraq qürur duya bilərsiniz.

Hörmətli İlham Heydər oğlu, Sizə bizim universitet korporasiyasının tamhüquqlu üzvü, Moskva Universitetinin Fəxri  professoru kimi də təbrik sözləri ilə müraciət etmək mənə xüsusilə xoşdur. Qapılarımız həmişə Sizin üzünüzə açıqdır. Sizin gəlişiniz və burada çıxışınız Moskva Universiteti üçün həmişə bayramböyük sevinc olacaqdır. Sizi əmin edirəm ki, Moskva Universiteti təhsildə və elmdə tərəqqiyə nail olmaq işinə həmişə lazımi töhfə verməyə hazırdır və ümidvaram ki, bizim fəal və səmərəli əməkdaşlığımız həmişə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin çoxəsrlik ənənələrinin zənginləşməsinə xidmət edəcəkdir.

Sizin Fərmanınızla açılmış, yorulmaz dəstəyiniz və qayğınız sayəsində Azərbaycanda universitet elminin və təhsilinin əsl incisinə, yüksək dərəcəli qabaqcıl təhsil müəssisəsinə çevrilmiş Moskva Universitetinin Bakı filialının yaradılması humanitar sahədə səmərəli Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin həyata keçirilməsinə gözəl nümunədir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı,  güclü və çiçəklənən Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulamaq istərdim.

Dərin hörmət və səmimiyyətlə Sizin,

 

 

Viktor SADOVNİÇİ,

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru,

 Rusiya Elmlər Akademiyasının akademiki

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 3.