Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Sizin rəhbərlik etdiyiniz illərdə iqtisadi inkişafdarespublika sakinlərinin sosial rifahının yüksəlməsində böyük uğurlara nail olmuşdur.

Sizin yüksək və məsul vəzifəyə seçilməyiniz Azərbaycan sakinlərinin Sizə olan etimadının və məhəbbətinin sübutu, Sizin peşəkarlığınızın və dövlət xadimi kimi müdrikliyinizin etirafıdır.

Əminəm ki, Sizin enerjiniz, məqsədyönlülüyünüz və işə dövləti yanaşmanız sayəsində Azərbaycan Respublikasının inkişafı və çiçəklənməsi davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, nikbinlik, sadiq silahdaşlar, dostlar və Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyət arzulayıram.

Dərin hörmətlə,

 

Georgi POLTAVÇENKO,

Sankt-Peterburqun qubernatoru

Azərbaycan.-2013.-  15 oktyabr.- S. 4.