Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezident!

 

Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Monteneqronun Sosialist Xalq Partiyası adından və öz adımdan təbrik edirəm.

Ümidvarıq ki, yeni prezidentlik dövründə də ədalətli cəmiyyət quruculuğunun, demokratiyanın prinsip və məqsədlərinə sadiq qalaraq xalqınıza xidməti və dövlətinizin milli maraqlarının müdafiəsini təmin edəcəksiniz.

Ölkənin iqtisadi, sosial, siyasi, enerji siyasəti və xarici siyasət sahələrində müəyyən etdiyiniz proqramların həyata keçirilməsində Sizə və xalqınıza uğurlar arzulayırıq.

İnanıram ki, seçkilərdəki parlaq qələbəniz daha sıx iqtisadi və digər əməkdaşlıq formalarının, Azərbaycanda və Monteneqroda, həmçinin bütün regionda mövcud olan potensialın nəzərdən keçirilməsi istiqamətində müştərək fəaliyyətimizin və səylərimizin davam etdirilməsi üçün stimul olacaqdır.

Hörmətlə,

 

 

Srdcan MİLİÇ,

Monteneqronun Sosialist Xalq Partiyasının sədri

AzərbaycaN.-2013.-  15 oktyabr.- S. 4.