Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, Sizi salamlayıram.

Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fələstin dövləti və xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük məmnunluq duyuram. Xalqınızın məqsədlərinə çatmasında, inkişafı və tərəqqisi yolunda göstərdiyiniz səylərdə zati-alinizə uğurlar arzu edirəm. Sizə xalqlarımızın və ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı naminə tərəfdaşlığımızı təklif edir, həmçinin tarixi qardaşlıq əlaqələrimizin gücləndirilməsini diləyirik.

Xahiş edirəm, ən səmimi təbriklərimizi və zati-alinizə cansağlığı və xoşbəxtlik diləklərimizi qəbul edin.

 

Mahmud ABBAS,

 

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.1.