Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Birinciikinci prezidentlik müddətinizdə ölkənizin Sizin sayənizdə təmin edilmiş möhtəşəm iqtisadi inkişafı və həyata keçirdiyiniz cəsarətli demokratik islahatlar Sizin bu yüksək vəzifəyə yenidən seçilməyiniz üçün həlledici rol oynadı.

Mən xüsusi olaraq şərəf hissi keçirirəm ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də isə Gəncədə İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün çox yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bu səfər zamanı Azərbaycan ilə Yon vilayəti arasında mövcud olan tərəfdaşlığın, o cümlədən maldarlıq, şərabçılıq, çörək məhsulları istehsalı sahələrində və futbol üzrə əməkdaşlığımızın daha da gücləndirilməsi üçün yeni bir fürsət yaranacaqdır.

Zati-aliləri, Sizinlə görüşmək arzusu ilə və yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Dərin hörmətlə,

 

Andre VILYE,

 

Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının Prezidenti

 

Azərbaycan.- 2013.- 13 sentyabr.- S.1.