Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, hörmətli cənab Prezident!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu seçkilərin nəticələri sübut edir ki, Siz beynəlxalq miqyasda yüksək status qazanmış ölkənizi sürətli inkişaf yolu ilə irəliyə aparırsınız. Bakıya səfərim zamanı məndə yaranmış təəssüratlara əsasən deyə bilərəm ki, Siz ölkənizin mövqeyini böyük qətiyyətlə təkcə regionda deyil, bütün dünyada gücləndirmisiniz. 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə şəxsi həyatınızda uğurlar arzulayıram. Sizinlə bir daha görüşmək ümidindəyəm.

Hörmətlə,

 

Rudolf ŞUSTER,

Slovakiya Respublikasının sabiq Prezidenti

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.1.