Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edim.

Azərbaycan son on ildə  böyük inkişaf yolu keçmişdir. Bu inkişafa ötən ilin iyununda ölkənizə səfərim zamanı şəxsən əmin oldum. Mən ikitərəfli münasibətlərimizin dinamik inkişafına səmimi qəlbdən şadam. Son zamanlar ən yüksək səviyyədə görüşlər, habelə  Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Komissiyanın  fəaliyyəti bu inkişafa xeyli dərəcədə kömək etmişdir. Əminəm ki,  bizim intensiv əməkdaşlığımız gələcəkdə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Viktor ORBAN,

Macarıstan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-18 oktyabr.-S.1.