Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

2003-cü ildən bəri Sizin uğurlu və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan inanılmaz dərəcədə inkişaf etmiş, xalqın isə firavan, əmin-aman həyatı daha da möhkəmlənmişdir.

Sizin enerji, nəqliyyat, mədəniyyət, informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyiniz uzaqgörən, müdrik daxilixarici siyasətiniz Azərbaycana beynəlxalq nüfuz və şöhrət qazandırmışdır.

Azərbaycan regionda mühüm rol oynayan modelə çevrilmişdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi lideri vardır.

Dərin hörmətlə,

 

 

 

Lütfi ZADƏ,

ABŞ-ın çevik hesablamalar üzrə Berkli təşəbbüsünün

 direktoru, Kaliforniya Universitetinin professoru

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.