Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycan Respublikasının Prezidenti  seçkilərində parlaq qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin böyük səsçoxluğu ilə qazandığınız qələbə Azərbaycan Respublikasının inkişaf etdirilməsi istiqamətində gördüyünüz möhtəşəm işlərin və xalqın Sizə olan etimadının əyani təsdiqidir. Azərbaycan xalqı sosialiqtisadi problemlərinin həllinə olan ümidlərini bu qələbə ilə bağlayır.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Sizə xalqın rifahının yüksəlməsinə yönəlmiş genişmiqyaslı inkişaf xəttini inamla və qətiyyətlə həyata keçirməyə qadir olan lider kimi inanır.

Bütün təşəbbüslərinizdə Sizə səmimi qəlbdən böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

Ramzan KADIROV,

Çeçen Respublikasının başçısı

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.