Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident, əziz dostum!

 

Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Xalqın Sizə dərin etimadı ona əsaslanır ki, Sizin prezidentliyinizin əvvəlki dövründə fəaliyyətiniz uğurlu olmuşdur. Əminəm ki, Sizin yeni prezidentlik müddətiniz də ölkəniz və xalqınız üçün müvəffəqiyyətli olacaq, eyni zamanda, regionunuzda sülhün möhkəmlənməsinə və sabitliyə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Stepan MESİÇ,

Xorvatiyanın sabiq Prezidenti

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.