Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə cansağlığı və  xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq və çiçəklənmə arzulayıram.

Əminəm ki, Sizin rəhbərliyiniz BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında mövcud olan sıx dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsinə daha güclü təkan verəcək və bizim sıx əməkdaşlığımızda yeni səhifə açacaqdır.

Azərbaycan hazırda Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının üzvüdür. Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası 2014-cü ilin aprelində Bakıda keçiriləcəkdir.

Azərbaycan hökuməti ölkənin dünyanın qlobal turizm məkanında güclü brend kimi tanınmasına böyük əhəmiyyət verir. Zati-alinizin yüksək dəstəyi bu mövqeni daha da möhkəmləndirir.

Hörmətli cənab Prezident, xahiş edirəm, mənim Sizə ən səmimi ehtiramlarımı və xoş arzularımı qəbul edin.

Hörmətlə,

 

 

Taleb RİFAİ,

Dünya Turizm Təşkilatının baş katibi

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.