Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Azərbaycanda keçirilmiş növbəti prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Argentina parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri olaraq mənə ölkələrimiz arasında münasibətlərin əsasının qoyulmasında iştirak etmək şərəfi nəsib olmuşdur. Yaxından tanıdığım dost ölkənizdə keçirilmiş şəffaf seçkilərin nəticələrini alqışlayıram. Bu seçkilərin nəticələrinin bir daha təsdiq etdiyi kimi, Sizin sürətli inkişafı təmin edən siyasətiniz xalqınızın rəğbətini qazanmaqla yanaşı, coğrafi cəhətdən uzaq məsafədə yerləşən və Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək istəyən Argentina arasında ən uğurlu vasitə olmuşdur.

Azərbaycana səfərlərim zamanı ölkənizdə böyük inkişafın şahidi olmuşam. Əminəm ki, bu inkişaf prezidentliyinizin növbəti mərhələsində də uğurla davam edəcək, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəkdir.

Cənab Prezident, qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

Roberto Mario MOUİLLERON,

Argentina parlamentinin Deputatlar Palatasında

 Azərbaycan ilə dostluq qrupunun rəhbəri

Azərbaycan.-2013.-18 oktyabr.-S.2.