Şəriksiz lider

Azərbaycandakı Prezident seçkilərini izləyən dünya ictimaiyyəti bir daha ölkəmizdəki ümumxalq birliyinin şahidi oldu. XX əsrin sonu xalqımız uçun sınaq dövrü oldu. Qanlı-qadalı günlər yaşandı. Elan olunmamış müharibə azmış kimi, daxili hərc-mərclik cəmiyyətin parçalanmasına gətirib çıxardı. Xatırlamağı xoşlamadığım bu müdhiş günləri mən də yaşamışam. Bu zaman yeganə nicat xalqın tələbi ilə Heydər Əliyevin Vətənə qayıdışı idi. Xalq bugünkü həmrəyliyə görə ümummilli liderinin - Heydər Əliyevin arxasınca getdi.

Təkcə Azərbaycanda deyil, dünyada öz dövlətçilik bacarığı ilə siyasi nüfuz qazanmış bu dahi şəxsiyyət ölkəmizdə sabitliyi bərpa etdi, xalqın özünəinamını qaytardı, müasir siyasətşünaslıq və dövlət idarəçiliyi məktəbi yaratdı. Bu gün cəmiyyətimiz ötən əsrin 90-cı illərindəki, otur-dur dirijorluğu ilə idarə edilən kütlə deyil. Bu artıq pisi-yaxşıdan, həqiqəti populist vədlərdən seçən sabit cəmiyyətdir.

Atalar məsəli var: elin gözü tərəzidir. 60-dan çox ölkədən gəlmiş beynəlxalq müşahidəçilərin iştirakı ilə keçən demokratik seçkilərin nəticəsində əzmli qələbəni məhz Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin qazanmasını mən tarixi təbii qanunauyğunluq hesab edirəm.

Ötən prezidentlik dövrü sübut etdi ki, yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olan cənab İlham Əliyev ondan qəbul etdiyi siyasi liderlik məşəlini inamla şölələndirir. Cənab İlham Əliyevin demokratik, hüquqi dünyəvi dövlət quruculuğu rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı uğurla həyata keçirilən gənclər siyasəti, milli Olimpiya hərəkatının inkişafı sahəsində görülən işlərin ancaq bir hissəsidir.

Elm, təhsil, mədəniyyət incəsənətə dövlət dəstəyinin nəticəsidir ki, bu sahələr uçun hər il yeni binalar inşa olunur, köhnələri isə müasir tələblərə uyğun əsaslı təmir olunur. 2013-cü ilin mart ayının 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunun açılışında söylədiyi nitq Prezidentin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına inkişafına xüsusi diqqətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin professor-müəllim heyəti ilə görüşdə söylədiyi: "Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək üçün, ilk növbədə, sizdən çox şey asılıdır... Hərtərəfli inkişaf üçün incəsənətin bütün növləri dövlət tərəfindən mütləq dəstəklənməlidir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır" sözləri bizim gələcək fəaliyyətimiz üçün proqram olaraq məsuliyyətimizi daha da artırdı.

Azərbaycanda yaşayan çoxmillətli əhalinin iradəsini ifadə edən bu seçkilər bir daha bütün dünyaya cənab İlham Əliyevin ölkəmizdə böyük hörmətə nüfuza malik olmasını, xalqın ona böyük inamını sarsılmaz dəstəyini sübut etdi.

Mən, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin pərəstişkarı olaraq, onun layiqli davamçısı olan Azərbaycanın Prezidenti İlham Əliyevin öz bacarıq qabiliyyətinə, müdrikliyinə görə dünya azərbaycanlılarının yeni lideri, dünyanın siyasi nüfuza malik müasir lideri kimi tanınması ilə fəxr edirəm.

 

Ömər ELDAROV,

xalq rəssamı, akademik

Azərbaycan.-2013.-18 oktyabr.-S.7.