Yekaterinburqda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikası mövzusunda daimi sərgi ekspozisiyası açılmışdır

 

Oktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə "Azərbaycan Respublikası" mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimi keçirilmişdir.

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğundan AzərTAc-a bildirmişlər ki, bu, Yekaterinburq rəhbəri kitabxanasının Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğununYekaterinburq şəhəri administrasiyasının təşəbbüsü ilə həyata keçirilən yeni layihəsidir.

Ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunmuşdur. Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcəkdir.

Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd etmişdir ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsi olmuşdur. O, respublikamız və vilayət arasında iqtisadihumanitar sahələrdə münasibətlərin inkişafından danışmışdır.

Diplomat xüsusilə vurğulamışdır ki, bu il respublikamızın ictimai-siyasi həyatında əsas hadisə prezident seçkiləri olmuşdur. S.Qasımovun sözlərinə görə, seçkilərdə İlham Əliyevin inamlı qələbəsi ölkənin Prezidentinə xalqın yüksək etimadının növbəti təsdiqidir.

Son 10 ildə Azərbaycanın inkişaf tempindən danışan S.Qasımov bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz rolunu vurğulamışdır. Baş konsul demişdir: "Bu gün Azərbaycan dünya arenasında, o cümlədən Cənubi Qafqaz regionunda layiqli yer tutmuşdur. Ölkənin regionları fəal inkişaf edir. Azərbaycanın əldə etdiyi bütün siyasi, iqtisadihumanitar nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü müdrikçevik daxilixarici siyasətin nəticəsidir".

Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata keçirdiyi geniş əhatəli layihələrdən söz açmışdır. O həm də Leyla Əliyevanın rəhbərliyi ilə fondun Rusiya nümayəndəliyinin RF ərazilərində layihələrin reallaşdırılmasına töhfəsini qeyd etmişdir. S.Qasımov demişdir: "Yekaterinburqlular iki il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəhərimizə gəlişini və 1 nömrəli vilayət kliniki xəstəxanasının uşaq onkohematoloji mərkəzinə baş çəkməsini, fond tərəfindən mərkəzə müasir xüsusi tibbi avadanlıqla təchiz olunmuş "Sobol" təcili yardım maşınının hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi ilə xatırlayırlar. Bugünkü ekspozisiyanın açılışı fondun Sverdlovsk vilayətindəki fəaliyyətinin parlaq nümunəsidir".

Açılış mərasimində RF Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin müavini Vadim Dubiçev, Yekaterinburq şəhəri administrasiya rəhbərinin müavini Segey Tuşin, Sverdlovsk vilayətinin beynəlxalq və xarici ticarət əlaqələri naziri Andrey Sobolev, UNESCO-nun Ural-Sibir Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın, Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış etmişlər.

Açılış mərasiminin sonunda furşet konsert olmuşdur. Tədbirin bütün iştirakçılarına milli suvenirlər təqdim edilmişdir.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 18 oktyabr.- S.13.