Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alilərinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı bildirir, Sizə cansağlığı və xoşbəxtlik, müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına daha yüksək tərəqqi və rifah diləyirəm.

Mən fürsətdən istifadə edib bir islam ümməti olaraq ölkələrimiz arasında qardaşlıq əlaqələrinə və qarşılıqlı ehtiramımıza nə qədər yüksək dəyər verdiyimi, gələcəkdə qarşılıqlı maraqlara xidmət məqsədi ilə hər bir sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməkdən məmnunluq duyduğumu bildirmək istəyirəm.

Zati-aliləri, bir daha Sizi səmimi qəlbdən təbrik edir, ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

 

VI MOHAMMED,

Mərakeş Kralı

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 1.