Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

İcazə verin, ilk növbədə, 2013-cü il oktyabrın 31-dən noyabrın 1-dək Bakı şəhərində keçiriləcək Üçüncü Beynəlxalq Humanitar Foruma məni dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirim.

Fürsətdən istifadə edib Sizi prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da xalqın rifahının yüksəlməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun artması yolu ilə irəliləyərək yüksək iqtisadi göstəricilər və davamlı inkişaf sürəti nümayiş etdirəcəkdir.

Hörmətlə, Sizin

 

 Peter STOYANOV,

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.