Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident!

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan zati-alilərinə yeni prezidentliyiniz dövründə böyük nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.

Prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsçoxluğu ilə qazandığınız parlaq qələbə münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

 

 

Enrike Akkorsi OPAZO,

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.