Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və seçkilərdəki parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Eyni zamanda, bildirmək istəyirəm ki, bu ilin aprel ayında ölkənizə səfərim zamanı sizinlə görüşmək mənim üçün böyük şərəf oldu. Ümidvaram ki, Siz də yaxın gələcəkdə Uruqvaya səfər edəcəksiniz.

Cənab Prezident, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

Herman KARDOSO,

Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.