Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Azərbaycanı yaxından tanıdığım üçün ölkənizin Sizin rəhbərliyinizlə qazandığı uğurları daim izləyirəm. Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi təbrik edir, qardaş Azərbaycan xalqına davamlı tərəqqi arzulayıram.

Öz adımdan və Senatın II Komitəsinin senatorları adından əmin edirəm ki, ikitərəfli əməkdaşlığımızın və parlament diplomatiyamızın inkişafına sadiq qalacağıq.

Zati-aliləri, Sizə xoş arzularımı və ehtiramımı çatdırıram.

Dərin hörmətlə,

 

 

Alexandra Morena PİRAKİVE,

Kolumbiya Respublikasının senatoru

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.