Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Rusiya Müftilər Şurası, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsi adından və şəxsən öz adımdan Sizə yüksək hörmət və ehtiramımı bildirirəm. Prezident seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz ölkənizin vətəndaşları arasında yüksək etimadınızı və şəksiz nüfuzunuzu təsdiq edir. Əminəm ki, Sizin qələbəni Azərbaycan xalqının ölkənin sosial-iqtisadi inkişafına və respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönələn kursunuzu hərtərəfli dəstəkləməsi təmin etmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz gücenerji, ali dövləti vəzifədə xalqlarımızın və ölkələrimizin gələcək inkişafı, eləcə də Sizin ölkənizin tərəqqisi naminə yeni uğurlar arzulayıram!

İcazə verin, SiziSizin şəxsinizdə Azərbaycan Respublikasının vətəndaşlarını Rusiya Federasiyasının çoxmilyonlu müsəlman ümməti adından, həmçinin Qurban bayramı münasibətilə təbrik edim.

Ən xoş dualarla, sülh və firavanlıq arzuları ilə,

 

 

Müfti şeyx Ravil QAYNUTDİN,

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa

 hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri

Azərbaycan.-2013.-  19 oktyabr.- S. 2.