Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da ailə üzvləri ilə birlikdə  xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət etmişdir.

Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər. 

Sonra xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 20 oktyabr.- S.4.