Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident!

Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə 45 ölkənin təmsil olunduğu Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası adından səmimi təbriklərimi Sizə çatdırmağı özüm üçün şərəf hesab edirəm.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Azərbaycan ilə Avropa ölkələri arasındakı əlaqələrin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının gələcək inkişafı naminə ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

 

 

Heinz Helmut Vejpustek,

Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye

 Palatası Direktorlar Şurasının sədri və baş icraçı

Azərbaycan.-2013.-  20 oktyabr.- S. 6.