Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanda keçirilən prezident seçkilərində parlaq qələbəniz münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bu ilin yay aylarında Sizin xanımınızı və övladlarınızı Kann şəhərində qarşılamaqdan böyük şərəf hissi duydum. Onlar Sizin ölkənizin mədəniyyətinin çox gözəl səfirləridir. Kann şəhəri onları hər zaman qəbul etməkdən şərəf duyur.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Dərin hörmətlə,

 

Bernard BROŞAN,

 

Kann şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.2.