Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Səsvermədə qazandığınız yüksək nəticə ölkə vətəndaşlarının şəxsən Sizə və Prezident vəzifəsində işinizə ən yüksək etimadın şəksiz sübutudur. Bu, Sizin həyata keçirdiyiniz dəyişikliklərin son dərəcə səmərəli olduğunu göstərir, Azərbaycanın inkişaf və tərəqqi yolu ilə bundan sonra da inamla irəliləməsi üçün etibarlı zəmin yaradır.

İcazə verin, Sizə bundan sonra da ali dövləti fəaliyyətinizdə uğurlar diləyim. Əminəm ki, xalqın mütləq dəstəyi hər bir təşəbbüsünüzdə Sizin köməyiniz olacaqdır.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

 

 Vladimir VORONİN,

Moldova Respublikasının sabiq prezidenti (2001-2009-cu illər),

 Moldova Respublikasının Kommunistlər Partiyası Mərkəzi Komitəsinin sədri

Azərbaycan.-2013.-  20 oktyabr.- S. 6.