Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun adından ən səmimi təbriklərimi çatdırıram.

Prezident seçkilərində qazandığınız inamlı qələbə Sizin həm ölkə daxilində, həm də ölkənizin geosiyasi əhəmiyyətinə görə beynəlxalq aləmdə nüfuzunuzu bir daha təsdiqləmişdir. Ardıcıl surətdə həyata keçirilmiş siyasət və layihələr nəticəsində Siz qələbəniz üçün əsaslı təməl yaratmısınız.

Qara dəniz və Xəzər dənizi regionu ölkələri arasında mövcud olan iqtisadi əlaqələrin Sizin yeni prezidentliyiniz dövründə daha da möhkəmlənib inkişaf edəcəyinə əminəm. Ölkələrimiz arasında mövcud tərəfdaşlığın gücləndirilməsi üçün hər cür dəstək verəcəyimə və əlimdən gələni edəcəyimə əmin olun.

Zati-aliləri, ən yüksək ehtiramımı Sizə çatdırıram.

Hörmətlə,

 

 

Qabriel Valentin KOMANESKU,

Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq

 və Tərəfdaşlıq Fondunun vitse-prezidenti

Azərbaycan.-2013.-  20 oktyabr.- S. 6.