Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, zəngin həyat təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının dinamik və davamlı inkişafına dair məsələləri gələcəkdə də uğurla həll etməyinizə imkan verəcəkdir.

Planlarınızın və təşəbbüslərinizin həyata keçməsində Sizə səmimi-qəlbdən yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik arzulayıram.

Səmimi hörmətlə,

 

Ruslan Auşev,

 

MDB-nin Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitəsinin sədri, Sovet İttifaqı Qəhrəmanı

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.2.