Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 292                   Bakı şəhəri, 8 oktyabr 2013-cü il

 

"Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 197; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 9, maddə 822, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 9, maddə 853, ¹ 10, maddə 928; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 6, maddə 566; 2012, ¹ 1, maddə 36, ¹ 5, maddə 488, ¹ 12, maddə 1352; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 may tarixli 90 nömrəli və 12 iyul tarixli 179 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə" üzrə:

1.1. 2.7-ci bənddən "yaşayış yeriya olduğu yer üzrə qeydiyyatda olan şəxslərdən" sözləri və ikinci cümlə çıxarılsın;

1.2. 3.9-2-ci bəndə "məlumat verilir" sözlərindən əvvəl "dərhal" sözü əlavə edilsin, həmin bənddən üçüncü cümlə çıxarılsın;

2. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə 3 nömrəli əlavə - "Nəzəri imtahanın keçirilmə Metodikası"nın 2.2-ci bəndinin üçüncü abzasından "tam və" sözləri çıxarılsın;

3. həmin qərarla təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə 4 nömrəli əlavə - "Təcrübi imtahanın keçirilmə Metodikası" üzrə:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsın:

"2.1. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançadaya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir:";

3.2. 2.1.4-cü yarımbəndin ikinci abzasına "bağlı meydançanın" sözlərindən sonra "və ya avtodromun" sözləri əlavə edilsin;

3.3. 2.2.2-ci yarımbənddə hər iki halda "əhalinin miqdarı" sözləri "əhalinin sayı" sözləri ilə əvəz edilsin;

3.4. 2.2.4-cü yarımbəndin beşinci abzası 2.2.5-ci yarımbənd hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

"2.2.5. İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış edir.";

3.5. 2.3-cü bənddə "onun istədiyi dərəcəli nəqliyyat vasitəsinin" sözləri "müraciət etdiyi sürücülük kateqoriyasına aid nəqliyyat vasitəsini" sözləri ilə əvəz edilsin;

3.6. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin, həmin bəndin ikinci abzası ləğv edilsin:

"2.4. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçirilir.".

 

Artur RASİZAƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.2.