Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Bu xoş fürsətdən istifadə edərək Slovakiya Respublikasının ölkələrimiz arasında qarşılıqlı marağa, o cümlədən iqtisadi-ticari sahələrdə faydaya söykənən əməkdaşlığı davam etdirməyə maraq göstərdiyini təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə cansağlığı, ölkənizin və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İvan QAŞPAROVİÇ,

Slovakiya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  22 oktyabr.- S. 1.