Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim, Sizə və Azərbaycan xalqına gələcəklə bağlı ən xoş arzularımı çatdırım.

NATO ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində Sizinlə çalışmaqdan məmnunam. Əminəm ki, biz "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində qorunan demokratik dəyərlər əsasında tərəfdaşlığımızı daha da dərinləşdirəcəyik. NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı da daxil olmaqla Sizin islahat səylərinizi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzu edirəm. Əminəm ki, əməkdaşlığımız və dialoqumuz davam edəcəkdir.

Dərin ehtiramla,

 

 Anders Foq RASMUSSEN,

NATO-nun baş katibi

Azərbaycan.-2013.-  22 oktyabr.- S. 1.