Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və parlaq qələbə qazanmağınız münasibətilə Sizi təbrik etmək çox xoşdur. Azərbaycan xalqı bununla uğurlu gələcəyin və inkişafın ən yaxşı yolunu seçmişdir.

Biz Allaha ölkənizin davamlı inkişafı və daha yüksək nailiyyətlər qazanması üçün Sizə güc verməsini dua edirik.

Fürsətdən istifadə edərək Belqradda məscidin yenidən bərpası üçün göstərdiyiniz diqqətə görə Sizə bir daha təşəkkür edirik.

Bu xeyirxah əməllərinizə görə Allah-Taala Sizə ən gözəl fəzilətləri nəsib etsin. 

Dərin hörmətlə,

 

 

Muhamed YUSUFSPAHİÇ.

Serbiyanın müftisi

Azərbaycan.-2013.-  22 oktyabr.- S. 2.