Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə Sizin inamlı qələbəniz ölkənin sosial-iqtisadi rifahının möhkəmlənməsi və onun beynəlxalq aləmdə nüfuzunun artması işində xidmətlərinizin Azərbaycan xalqı tərəfindən bəyənildiyini əyani surətdə təsdiq edir.

Həyatın bütün sahələrində Azərbaycanın uğurları şəksizdir. Respublika beynəlxalq humanitar əməkdaşlıq sahəsində getdikcə daha böyük və nəzərəçarpacaq rol oynamaqla bərabər,  özünəməxsus milli dəyərləri qoruyub saxlayır. Himayədarlıq etdiyiniz Bakı Humanitar Forumunun dünyanın hər yerindən qabaqcıl elm və mədəniyyət xadimlərinin qarşılıqlı əlaqə saxladıqları məkan kimi artmaqda olan əhəmiyyətini vurğulamaq xüsusilə xoşdur.

 İcazə verin, Sizə ən xoş arzularımı, vətəndaşlarınızın rifahı, habelə Azərbaycanın inkişafı və möhkəmlənməsi naminə ali dövləti vəzifənizdə yeni uğurlar dilədiyimi bildirim.

Dərin hörmətlə Sizin,

 

 

Mixail ŞVIDKOY,

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq

mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

Azərbaycan.-2013.-  22 oktyabr.- S.1.