Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu seçkilərin nəticəsi ölkəniz üçün gördüyünüz böyük işlərə, o cümlədən işsizliyə qarşı apardığınız uğurlu mübarizəyə, habelə təqaüdlərin və sosial yardımların artırılmasına, təhsilə və səhiyyəyə yönəldilən sərmayələrə və digər uğurlu sosial islahatlara, həmçinin mədəni irsinizin qorunmasında əldə etdiyiniz nailiyyətlərə görə ölkənizin əhalisi tərəfindən Sizin fəaliyyətinizin yüksək qiymətləndirilməsidir.

Artıq Azərbaycan dünyada özünü nüfuzlu bir ölkə kimi təsdiq edib. Azərbaycan dünyanın turizmnüfuzlu mədəniyyət mərkəzlərindən birinə çevrilib. Ölkənizin beynəlxalq aləmdə nüfuzunun artmasında Azərbaycan Respublikasının birinci xanımı Zati-aliləri Mehriban Əliyevanın da mühüm rolunu vurğulamaq istərdim.

Sahibkarlığın dəstəklənməsi siyasətinizə, iqtisadi və maliyyə dinamikasına görə Sizin ölkəniz xarici sərmayələr üçünçox cəlbedicidir.

Azərbaycan Mərkəzi Asiya regionu ölkələrinin iqtisadi lideridir. Azərbaycan əhalisinin rifahının daha da yaxşılaşdırılması üçün Sizin həyata keçirdiyiniz iqtisadi şaxələndirmə, sərmayələrin kənd təsərrüfatı nəqliyyat kimi mühüm sektorlara yönəldilməsi siyasətiniz çox vacib məsələlərdən biridir.

Azərbaycan Fransanın Avropa İttifaqının mühüm strateji tərəfdaşıdır.

Cənab Prezident, Sizə ən yüksək hörmət ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Dərin hörmətlə,

 

 

Rəşidə DATİ,

Avropa Parlamentinin deputatı,

Paris şəhərinin 7-ci rayonunun meri, sabiq nazir

Azərbaycan.-2013.-  22 oktyabr.- S.1.