Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbə Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxilixarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini, dövlətin və cəmiyyətin davamlı inkişafının, habelə dünya birliyində ölkənin layiqli yerinin təmin edilməsində yüksək xidmətlərinizin etiraf olunmasını bir daha nümayiş etdirdi.

Siz haqlı olaraq həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin ən parlaq simalarından birisiniz, regionun ən mühüm problemlərinin həllində Sizin fikrinizmövqeyiniz dəfələrlə həlledici rol oynamışdır.

Biz dağıstanlılar Sizin qələbə sevincinizə şərik çıxır, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycana sabitlik və firavanlıq arzulayırıq.

Hörmətlə,

 

 Qurban QURBANOV,

Dağıstan Respublikası Dərbənd Rayon Administrasiyasının başçısı

Azərbaycan.-2013.-  22 oktyabr.- S.1.