Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Beynəlxalq Paralimpiya Komitəsinin adından təbrik etmək istərdim.

Əminik ki, Fəxri Paralimpiya mükafatçısı kimi Sizin Azərbaycan Milli Paralimpiya Komitəsinə və idmançılara verdiyiniz dəstək bundan sonra da davam edəcəkdir.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyir, ən xoş arzularımı çatdırıram.

Dərin hörmətlə,

 

 

Filip KRAVEN,

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti

Azərbaycan.-2013.-  22 oktyabr.- S.1.