Azərbaycanda keçirilmiş prezident

 seçkiləri Misir mətbuatında geniş işıqlandırılmışdır

 

Oktyabrın 9-da Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri Misirin əksər kütləvi informasiya vasitələrində, o cümlədən "Əl-Masr əl-yaum", "Əl-Əhram", "Əl-Şuruq", "Əl-Yaum əl-Səbee", Səudiyyə Ərəbistanının Misirdə yayımlanan "Əl-Şərq Əl-Ausat", "İslam Memo" və "Mohet" və digər mətbuat orqanlarında geniş işıqlandırılmışdır.

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu nəşrlərdə Azərbaycanda seçki prosesinin başa çatmasından, on namizəd arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq yenidən bu ali vəzifəyə seçilməsindən bəhs edilmişdir. 

Yazılarda Azərbaycan Prezidentinin həyatı və siyasi fəaliyyəti, son on ildə ölkəmizdə həyata keçirilən islahatlardan da danışılmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Əmman

Azərbaycan.-2013.-  22 oktyabr.- S.3.