«Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi

 (1938-2013)» Azərbaycan Respublikasının yubiley

medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

 

Azərbaycan.-2013.- 23 oktyabr.- S. 2.