Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.

Bu fürsətdən istifadə edərək dost ölkələrimizi bir-birinə bağlayan xoş münasibətləri, onların hər iki ölkənin mənafeyi naminə müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş müştərək və davamlı səylərimizi qeyd etmək istərdim.

Zati-alinizə ən xoş arzularımı bildirir, Sizə cansağlığı və firavanlıq, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə diləyirəm. Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Sabah əl-Əhməd əl-Cabir ƏS-SABAH,

Küveyt Dövlətinin Əmiri

Azərbaycan.-2013.-  23 oktyabr.- S. 3.