Azərbaycan kitabları beynəlxalq sərgidə

 

Son illər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli kitab nümunələrimiz və digər çap məhsullarımız müxtəlif sərgilərdə uğurla nümayiş etdirilir. Bu günlərdə Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab yarmarkasında 100-dən çox ölkənin 7400-dək nəşriyyat və poliqrafiya şirkətinin məhsulları sərgiləndi.

Ölkəmiz altıncı dəfədir ki, dünyanın bu nüfuzlu kitab sərgisində təmsil olunur. Azərbaycana aid stenddə sərgiyə gələnlərə 200 adda kitab, Azərbaycan, ingilis, almanrus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilib. Azərbaycan guşəsində ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş kitab-albomun təqdimatı da keçirilib.

 

Azərbaycan.-2013.- 23 oktyabr.- S.11.