Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri, habelə Türkmənistan ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat eşqi, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

 

Qurbanqulu BERDİMƏHƏMMƏDOV,

Türkmənistanın Prezidenti

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.