Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu seçkilərin nəticələri Azərbaycan xalqının zati-alinizin rəhbərliyinə inam və etibarının göstəricisidir. Əminəm ki, Azərbaycan dövləti və xalqınız Sizin müdrik rəhbərliyiniz altında sülh və firavanlıq içində yaşamağa davam edəcəkdir.

Səmimi qəlbdən inanıram ki, qarşıdakı illərdə Azərbaycan ilə Malayziya arasında mövcud ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi naminə sıx əməkdaşlığımız davam edəcəkdir.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edəsiniz.

Ən səmimi arzularımla,

 

 

Dato Sri Mohd NAJİB,

Malayziyanın Baş naziri

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.