Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Sizin səyləriniz sayəsində çiçəklənən ölkəyə çevrilmiş Azərbaycan ən yüksək ehtirama layiqdir. Bu gün dünyanın bütün guşələrindən gələn insanlar Sizin ölkənizlə və onun mədəniyyəti ilə tanış olmağa çalışır. Əminəm ki, Sizin güclü rəhbərliyinizlə Azərbaycan daha yüksək rifaha nail olacaqdır.

Xalqınıza və ailənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə Sizin

 

 

Yuri LYUBİMOV,

Rusiya Federasiyasının xalq artisti

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.