Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri, hörmətli cənab Prezident!

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi sevinclə qarşıladım. Seçkilərdə əldə etdiyiniz parlaq qələbə münasibətilə Sizi təbrik edirəm. Bu qələbə Azərbaycan xalqının ölkənizin gələcəyinə siyasi baxışlarınıza göstərdiyi etimadın təsdiqidir.

Sizə ölkənizin mənafeyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan Rumıniya uzunmüddətli iqtisadi, mədəni siyasi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdan faydalanıb. İnanıram ki, Sizin rəhbərliyinizlə bu əlaqələr daha da inkişaf edəcək biz əməkdaşlığımızı ortaq maraqlarımız üzərində davam etdirəcəyik. Ümidvaram ki, qarşıdakı illərdə Sizinlə uğurla əməkdaşlıq edəcəyik.

Zati-aliləri, siyasi fəaliyyətinizdə növbəti prezidentlik dövründə Sizə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

 

 Mihay Razvan UNQUREANU,

Rumıniyanın sabiq Baş naziri, senator,

 Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri

Azərbaycan.-2013.-  25 oktyabr.- S. 1.