Minsk Milli Aeroportunda qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti

 İlham Əliyevin Belarus Respublikasına səfəri

 

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə gəlmişdir.

MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev, Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  26 oktyabr.- S.2.