Bakıda Müslüm Maqomayevin xatirəsi anılmışdır

 

Oktyabrın 25-də Fəxri xiyabanda  böyük müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsi önünə əklil və gül dəstələri qoyulmuşdur.

Sovet estrada ulduzunun yaxınları, dostları, istedadının pərəstişkarları əfsanəvi sənətkarın xatirəsini yad etməyə gəlmişdilər. Müslüm Maqomayevin vəfatının 5-ci ildönümü ilə əlaqədar mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, moskvalı qonaqlar iştirak etmişlər.

Mədəniyyət və turizm naziri demişdir: "Bu gün Müslüm Maqomayevin  vəfatından beş il ötsə də, onun istedadının pərəstişkarlarının sayı azalmamışdır. Onun mahnıları bu gün də səslənir, telekanallarda ona həsr olunmuş verilişlər göstərilir.  Müslüm Maqomayev istedadının miqyasını qiymətləndirmək mümkün deyildir. Biz qürur hissi ilə deyə bilərik ki, yaradıcılığı dünya sənət xəzinəsində yer almış böyük musiqiçinin dövründə yaşamışıq. Onun bütün yaradıcılığı Azərbaycan ilə dünya arasında körpü rolu oynamış, onun ayrılmaz tərkib hissəsi, mənəvi dəyərlərin vəhdətinin rəmzi olmuşdur.

Müslüm Maqomayevin Vətəni Azərbaycanda musiqi məktəbinə onun adı verilmiş, yaşadığı evə xatirə lövhəsi vurulmuş, Bakıda və Moskvada abidələri ucaldılmışdır.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Ramiz QuliyevEldar Quliyev bildirmişlər ki, Müslüm həmişə gözəl, sadə və ləyaqətli insan olmuşdur.

Əsl yaradıcılıq əbədidir, getdikcə daha böyük gücenerji toplayır. Bu sözləri  Müslüm Maqomayevin yaradıcılığına da şamil etmək olar. Onun yaradıcılığının həmişə vurğunu olmuşuqbundan sonra da olacağıq. Onun şəxsiyyəti barəsində də eyni sözləri demək olar. Böyük müğənninin çıxışları həmişə anşlaqla müşayiət olunmuşdur. O, opera ariyalarının, lirik və vətənpərvərlik mahnılarının mahir ifaçısı idi. Müslüm yaradıcılıq  imkanlarının qeyri-adi geniş diapazonu ilə seçilirdi. O, istedadlı bəstəkar və pianoçu, rəssam idi, kinoda çəkilirdi.

Müslüm Maqomayev Bakıda anadan olmuşdur. O, Bakı Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Müslüm məşhur babası, bəstəkar Müslüm Maqomayevin  adını daşıyırdı. Bakı Filarmoniyasına onun babasının adı verilmişdir. 1962-ci ildə Kremlin Qurultaylar Sarayında çıxışından sonra o, ümumittifaq şöhrəti qazanmışdır. Onun birinci solo konserti Moskvada, Çaykovski adına salonda olmuşdur. M.Maqomayev 1963-cü ildən Azərbaycan Opera Balet Teatrının  solisti işləməyə başlamışdır. Müğənni Milanın "La Skala" teatrında staj keçmişdir. 1960-cı illərdə Sovet İttifaqının iri şəhərlərində çıxış etmişdir. Maqomayevin qastrolları Paris şəhərində böyük uğurla keçmişdir. 31 yaşında ona SSRİ xalq artisti adı verilmişdir. M.Maqomayevin mahnıları olan qrammafon vallar  böyük tirajlarla buraxılırdı, onun repertuarında  600-dən çox əsər vardı. M.Maqomayev  20-dən çox mahnının, filmlərə yazılmış musiqilərin müəllifidir. O, Mario Lansanın  həyat yaradıcılığı barədə silsilə verilişlərin aparıcısı olmuş, onun haqqında kitab yazmışdır. M.Maqomayev "Nizami", "Oxuyur Müslüm Maqomayev" "Moskva notlarda" filmlərində çəkilmişdir.

Günəş sisteminin kiçik planetlərindən birinə Müslüm Maqomayevin adı verilmişdir. Böyük sənətkar 2008-ci il oktyabrın 25-də 66 yaşında vəfat etmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  26 oktyabr.- S. 5.